E-KİTABLAR


Dünya iqtisadiyyatı: Ali təhsil müəssisələrinin tələbələri üçün dərslik. Altıncı nəşr, yenidən işlənmiş, əlavələr edilmiş və Azərbaycan şəraitinə uyğunlaşdırılmışdır

Müəllif F.R. Mirişli
Nəşr olunduğu il 2015
Elm sahəsi İqtisad elmləri
Nəşriyyat İzvestiya
Nəşr yeri Moskva

F.R. Mirişli. Dünya iqtisadiyyatı: Ali təhsil müəssisələrinin tələbələri üçün dərslik. Altıncı nəşr, yenidən işlənmiş, əlavələr edilmiş və Azərbaycan şəraitinə uyğunlaşdırılmışdır. Moskva, İzvestiya, 2015.

Təqdim olunan dərslik dünya iqtisadiyyatının genezisi, formalaşması və inkişafının başlıca suallarının məntiqi və tarixi izahı əsasında qurulmuşdur. Dünya iqtisadiyyatının mahiyyəti, nəzəriyyələri, qanunauyğunluqları və tendensiyaları, eləcə də qlobal və regional problemləri açılır, dünya iqtisadiyyatının resurs potensialı və sahə strukturu xarakterizə olunur, beynəlxalq iqtisadi inteqrasiya konsepsiyaları və onun inkişaf modelləri izah edilir; inkişaf etmiş ölkələrin, inkişaf etməkdə olan ölkələrin və keçid iqtisadiyyatı ölkələrinin dünya təsərrüfatında iştirakı nəzərdən keçirilir. Qloballaşan dünya iqtisadiyyatı sisteminin reallıqları və perspektivləri təhlil edilmişdir. Dərslik ölkənin ali təhsil müəssisələrinin iqtisadiyyat ixtisasları və istiqamətlərinin tələbələri, aspirantları, doktorantları və müəllimləri üçün nəzərdə tutulmuşdur. O, müxtəlif regional və milli şəraitə uyğunlaşdırıla bilər. İlk dəfə olaraq Rusiya iqtisadi ədəbiyyatında dünya iqtisadiyyatı sistemində Azərbaycan fenomeni nəzərdən keçirilmişdir.