Postdramatik teatr
Müəllif | Leman Hans-Tis |
---|---|
Nəşr olunduğu il | 2022 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | ADMİU-nun Nəşriyyatı |
Nəşr yeri | Bakı |
Leman Hans-Tis. Postdramatik teatr. Bakı, ADMİU-nun Nəşriyyatı, 2022.
Hans-Tis Lemanın "Postdramatik teatr" (Hans-Thies Lehmann, "Postdramatisches Theater") kitabı ilk dəfə 1999-cu ildə işıq üzü görüb və sonradan dəfələrlə yenidən çap olunmuşdur. Kitabda 1970-ci illərdən başlayaraq 1990-cı illərin sonuna qədər fəaliyyət göstərmiş qabaqcıl teatr truppalarının və rejissorların yaradıcılığına müraciət olunur. Müəllif Bob Uilson, Yan Fabr, Aynar Şlif, Yan Lauers, Pina Bauş və digər rejissorların yaradıcılığından konkret misallara əsaslanaraq postdramatik teatrda aristotelsayağı dramaturgiyadan uzaqlaşmanın fərqli yollarını təhlil edir. "Postdramatik teatr"ın Azərbaycan dilinə tərcüməsində Fəridə Cəlilova bir neçə mənbəyə istinad etmişdir. Əsas mənbə kimi kitabın Natalya İsayeva tərəfindən ruscaya tərcümə edilən və Anatoli Vasilyevin dramatik teatr sənətinin inkişafı fondu tərəfindən 2013-cü ildə çap etdirilən versiyası götürülmüşdür. Bundan əlavə, Yuliya Lidermanın kitabın bəzi hissələrindən ruscaya etdiyi tərcümləri ilə müqayisə işi aparılmışdır. Nəhayət, kitabın tərcüməsində Karen Yürs-Manbinin 2006-ci ildə nəşr olunmuş ingilis tərcüməsindən istifadə olunmuşdur