Nəsib bəy Yusifbəyli - milli istiqlal və dövlətçilik mücahidi
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2013 |
Elm sahəsi | Siyasət. Siyasi elmlər |
Nəşriyyat | Ziya |
Nəşr yeri | Bakı |
. Nəsib bəy Yusifbəyli - milli istiqlal və dövlətçilik mücahidi. Bakı, Ziya, 2013.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları sırasında Nəsib bəy Yusifbəylinin milli istiqlal hərəkatında şərəfli yeri vardır. Elə yalnız bir xidməti kifayətdir ki, Nəsib bəyin adı Azərbaycan istiqlal hərəkatının zirvə tarixinə yazılsın: «Azərbaycan ideyasını siyasi bir tələb maddəsi şəklində formulə etmək şərəfi mərhum Nəsib bəyindir». Bu yığcam ifadə əslində Nəsib bəy Yusifbəylinin amalının, əqidəsinin, əməllərinin ən dolğun düsturudur ki, onu da «formulə etmək şərəfi Məhəmməd Əmin Rəsulzadəyə məxsusdur. Dövrünün siyasi liderlərinin bir-birlərinə münasibətlərində ehtiram və etimad nümunəsi kimi göstərilə bilən bu deyim real məzmun daşıyır