E-KİTABLAR


Boladi şəhidləri

Müəllif Eldar İlqaroğlu
Nəşr olunduğu il 2021
Elm sahəsi Tarix
Nəşriyyat Adiloğlu
Nəşr yeri Bakı

Eldar İlqaroğlu. Boladi şəhidləri. Bakı, Adiloğlu, 2021.

Torpaq qanla yoğrulanda Vətən olur" deyib babalar. Tor- pağı müqəddəs sayıb, Vətən şərəfini ailə şərəfi qədər üstün biliblər. Müqəddəs andlarından biri də vətən olub babaların. Gələcək nəsillərə vətən dedikləri torpağı əmanət qoyublar. Hər qarışı uluların, ərənlərin qanı ilə yoğrulmuş vətən torpağını qo- rumaq ən böyük vəsiyyəti olub babaların. Hələ İslamdan öncə qədim şərq mədəniyyətində, kəbinkəsmə mərasimində yeni ailə quran cütlük 3 dəfə odun, ocağın başına dolanıb and içərdilər. Birinci dövrədə, "İlahi, sən məni ailəmin uğrunda şəhid olmağa hazır elə", ikinci dövrədə, "İlahi, sən məni vətənin yolunda şəhid olmağa hazır elə", üçüncü də isə, "İlahi, sən məni haqq uğrunda, həqiqət uğrunda şəhid olmağa hazır elə" deyib and içərdilər kəbin kəsdirənlər. Yeni qurulan ailənin təməlini görün necə bir inamla bərkidib babalarımız. Bu inamı, müqəddəsliyi dərk edən xalq heç bir zaman basılmaz.