E-KİTABLAR


DÜNYA İQTİSADİYYATININ NƏZƏRİ ƏSASLARI

Müəllif G.İ.İSMAYILOV
Nəşr olunduğu il 2006
Elm sahəsi İqtisad elmləri
Nəşriyyat
Nəşr yeri Bakı

G.İ.İSMAYILOV. DÜNYA İQTİSADİYYATININ NƏZƏRİ ƏSASLARI. Bakı, , 2006.

Dünya iqtisadiyyatı daim dəyişiklikdə olan mürəkkəb, mütəhərrik sistemdir. Xüsusilə böyük dəyişikliklər əsrin son dörddə birində baş vermişdir. Əsasında sahibkarlıq kapitalının qovuşması duran istehsal güclərinin beynəlmiləlləşdirilməsi, qloballaşması prosesi yeni səviyyəyə çatmışdır. Transmilli korporasiyalar (TMK) və transmilli banklar (TMB) dünya təsərrüfatının əsas struk- tur yaradıcı amilinə çevrilmişdir. Transmilli kapital, öz mənşəyini götürdüyü dövlətin hududları xaricində qlobal fəaliyyət göstərərək, istehsal güclərinin yerləşdirilməsində nisbi üstünlüklərdən geniş istifadə edir. Onun təsiri altında xarici ticarət artımı istehsal artımını xeyli arxada qoyur. Beynəlxalq əmək bölgüsünün genişləndirilməsi ayrı- ayrı dövlətlərin milli təsərrüfatlarını bir-birinə daha sıx bağlayır. Ayrı-ayrı ölkələrin qarşılıqı asılılığının və qarşılıqlı fəaliyyətinin güclənməsi baş verir. Xarici ticarət sferası milli təsərrüfatlara nisbətən daha sürətlə inkişaf edir