E-KİTABLAR


Əhməd Cavad: [kiril əlifbası ilə]

Müəllif Saləddin Əli
Nəşr olunduğu il 1992
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Gənclik
Nəşr yeri Bakı

Saləddin Əli. Əhməd Cavad: [kiril əlifbası ilə]. Bakı, Gənclik, 1992.

Əhməd Cavad 1892-ci il may ayının 5-də Gəncə qəzasının Şəmkir dairəsi Seyfəli kəndi Mehrili tirəsində ruhani ailəsində anadan olmuşdur. Əhməd Cavadın ailə mənsubiyyəti bir tərəfdən İranla, Cənubi Azərbaycanla, digər tərəfdən Gürcüstanla əlaqəlidir. Şairin atası-Şəmkir mahalında öz savadı ilə seçilən Axund Məhəmmədəlinin özü də Gəncəbasar bölgəsində ruhani ailəsində boya-başa çatmışdı. Babaları köklü tacir və ziyalı mühiti ilə bağlı olub. Cavadın ata babası Cənubi Azərbaycandan olub, Ərəbistanda oxuyub qayıtmış müctəhid idi. O, ömrünün sonuna kimi Gəncədə yaşamışdır. Ə. Cavadın anası Yaxşı xanım xalq ədəbiyyatının mahir bilicilərindən olub.