Heydər Əliyev və Azərbaycan Respublikasında din siyasəti
Müəllif | Sevil Şivəxan qızı Bəhrəmova |
---|---|
Nəşr olunduğu il | 2021 |
Elm sahəsi | Siyasət. Siyasi elmlər |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
Sevil Şivəxan qızı Bəhrəmova. Heydər Əliyev və Azərbaycan Respublikasında din siyasəti. Bakı, , 2021.
Təqdim edilmiş monoqrafiyada tarixi ədəbiyyatın, mənbələrin, Heydər Əliyevin zəngin irsinin təhlili əsasında Azərbaycanda dövlət-din münasibətlərinin inkişaf mərhələ- ləri. Ulu öndərin din siyasətinin əsas istiqamətləri, Azərbaycanda dini etiqad azadlığının vəziyyəti və müasir mərhələdə din siyasətinin başlıca aspektləri təhlil edilmiş. Respublikamızda konfessiyalararası munasibətlər, tolerantlıq və multikulturalizm sahəsində toplanmış təcrübə öyrənilmişdir. Monoqrafiyada Azərbaycanın tarixi ərazilərində müxtəlif dinlərin yayılması və inkişafı prosesi izlənmiş, xalqın milli-mənəvi inkişafında İslam dininin rolu və əhəmiyyəti araşdırılmış. XX əsrin 70-80-ci illərində sovet sisteminin ateizm siyasəti şəraitində Heydər Əliyevin fəaliyyəti təhlil edilmiş, onun Azərbaycan xalqının mədəni irsinə münasibəti göstərilmiş, xalqın mənəvi, əxlaqi dəyərlərinin, milli adət-ənənələrinin, tarixi-dini abidələrinin qorunması, inkişaf etdirilməsi və tanıdılması sahəsində hayata keçirdiyi kompleks tədbirlər təhlil edilmişdir.