AXISQALI XƏSTƏ HASAN
Müəllif | Əli Hüseyn oğlu Şamil (Şamilov) |
---|---|
Nəşr olunduğu il | 2012 |
Elm sahəsi | Ədəbiyyat və dilçilik |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
Əli Hüseyn oğlu Şamil (Şamilov). AXISQALI XƏSTƏ HASAN. Bakı, Elm və təhsil, 2012.
Kitaba Azərbaycanda az öyrənilmiş axısqalı aşıq Xəstə Hasanın şeirləri, şeirlərinin yaranması haqqında rəvayətlər daxil edilmişdir. Azərbaycanla eyni mədəniyyət dairəsində yaşamış, eyni dinə inanmış, eyni dildə danışmış xalq 1944-cü il sürgünündən sonra "mesxeti türk- ləri", "axısqa türkləri", bəzən də cavaxetiya türkləri adlandırılmağa başlanmışdır. XVIII-XX yüzillərdə yaşamış Xəstə Hasanın şeirləri isə yalnız süni əngəlləri aradan qaldırmağa yox, həm də bir boşluğu ara- dan qaldırmağa xidmət edir. Kitabda hələ də ata-baba yurdlarına dönə bilməmiş axısqalıların, bütövlükdə oğuz türklərinin böyük aşığı Xəstə Hasanın ömür yolu, şeirləri fonunda bölgənin tarixinə, orada yaşamış soydaşlarımızın ağrı- aclıarma da nəzər salınmışdır.