E-KİTABLAR


Seçilmiş əsərləri. İki cilddə. I cild

Müəllif Hacıbəyli Üzeyir
Nəşr olunduğu il 2005
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Şərq-Qərb
Nəşr yeri Bakı

Hacıbəyli Üzeyir. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, Şərq-Qərb, 2005.

Çoxəsrlik ədəbi mədəni irsimizin inkişafında Üzeyir bəy Hacıbəyli milli bədii istedadın, sənətkarın və ictimai xadimin tamamilə yeni tipini ifadə edir. Sözün əsl mənasında xəlqi, milli bədi şüurun oyanışının, maarifçilik və intibah enerjisinin Üzeyir miqyaslı nadir və universal simasına o dövrdə əvəz və tay göstərmək çox çətindir. Böyük bəstəkarın böyük söz ustası ilə bu səviyyədə vəhdəti dünya musiqi mədəniyyəti tarixində nadir hadisələrdəndir. Üzeyir Hacıbəyli bir bəstəkar kimi daha çox opera ustasıdırsa, bir dramaturq kimi məzhəkənəvisdir. Dünya komediya təcrübəsi və milli ənənə zaminində o, öz ideya məzmunu, bədii əxlaqi ovqatı ilə büsbütün yeni, şuxluğu, məlahət və duzluluğu ilə misilsiz məzhəkələr yaradıbdır. XX əsrin əvvəlində Azərbaycanda ictimai şüurun səciyyəsini, bədii obrazlı təfəkkürün bunlarsız təsəvvür etmək olmur. Seçilmiş əsərlərinin bu cildində bəstəkar və dramaturq Üzeyir bəyin xalq musiqisinə sədaqətin, müdrik folklor-muğam stixiyası ilə en yeni dünya opera ənənəsi arasında qaynağa, qovuşağa düğru hərəkətin ifadəsi olan "Leyli və Məcnun", "Şah Abbas və Xurşid banu", "Əsli və Kərəm", "Harun və Leyla", "Rüstəm və Söhrab", "Koroğlu" operaları, "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" komediyaları ilə yanaşı salirik hekayələri və səhnəcikləri toplanmışdır