Təsəvvüf nurunun iki çırağı: Mənsur Həllac və Sərrac Tusi
Müəllif | Könül Bünyadzadə |
---|---|
Nəşr olunduğu il | 2007 |
Elm sahəsi | Fəlsəfə |
Nəşriyyat | Adiloğlu |
Nəşr yeri | Bakı |
Könül Bünyadzadə. Təsəvvüf nurunun iki çırağı: Mənsur Həllac və Sərrac Tusi. Bakı, Adiloğlu, 2007.
Təqdim olunan kitabda X əsrin iki görkəmli sufi mütəfəkkirinin – Mənsur Həllacın «Kitab ət-Təvasin» əsərinin və Sərrac Tusinin «əl-Lümə‘» traktatından hissələrin tərcüməsi verilmişdir. Eyni zaman kəsiyində yaşasalar da, təsəvvüfün ayrı-ayrı qollarına və dövrlərinə mənsub olan iki şeyxin yaradıcılığına müraciət etməklə biz həm tə-
səvvüfün zahiri fərqliliklərə baxmayaraq, vahid prinsiplərə əsaslanan sistemli bir təfəkkür forması olduğunu əyani şəkildə göstərməyə, həm də şərh xarakterli və hər kəs üçün nəzərdə tutulan «əl-Lümə‘» vasitəsilə rəmzi dillə yazılmış və yalnız seçilmişlər üçün aydın olan «Təvasin»ə bir açıqlama gətirməyə çalışmışıq.