E-KİTABLAR


YENİ DÜNYA NİZAMI VƏ MİLLİ İDEYA

Müəllif Mehdiyev Ramiz Ənvər oğlu
Nəşr olunduğu il 2016
Elm sahəsi Siyasət. Siyasi elmlər
Nəşriyyat Şərq-Qərb
Nəşr yeri Bakı

Mehdiyev Ramiz Ənvər oğlu. YENİ DÜNYA NİZAMI VƏ MİLLİ İDEYA. Bakı, Şərq-Qərb, 2016.

Azərbaycanda müxtəlif dövrlərdə yürüdülən siyasətdən, bu siyasət kontekstində Heydər Əliyev fenomeni haqqında düşüncələrdən ibarət olan kitabda cəmiyyət və dövlət həyatının fəlsəfəsindən, tarixdə şəxsiyyətin rolundan bəhs olunur, hadisələr konkret zaman və tarixi şərait fonunda təhlil edilir. Ötən əsrin 70-ci illərindən başlayaraq müasir dövrümüzədək Azərbaycanda və onun ətrafında cərəyan edən ictimai-siyasi, iqtisadi proseslər fikir süzgəcindən keçirilir. Yeni dünya nizamında milli ideyanın necə yarandığı və formalaşdığı, həyata necə vəsiqə aldığı barədə suallara cavab axtarılır. Dünya siyasətində liberalizm və neokonservatizm kimi aparıcı meyillərdən bəhs edən müəllif onların sintezinin Azərbaycan üçün uğurlu ideoloji konstruksiya olduğunu nəzəri və praktiki cəhətdən əsaslandırır. Kitabda neokonservatizm və azərbaycançılığın nisbəti, milli ideologiya, müstəqil Azərbaycanın siyasi və iqtisadi strategiyası qloballaşma kontekstində nəzərdən keçirilir, bununla bağlı fəlsəfi fikirlərə geniş yer verilir. Prezident İlham Əliyevi yeni dövrün siyasətçisi kimi səciyyələndirən akademik Ramiz Mehdiyev oxucuya onun dövlət, dövlətin inkişafına dair baxışla- rını təqdim edir, eyni zamanda, hakimiyyətin varisliyinin Azərbaycan nümunəsi barədə maraqlı mülahizələrini bölüşür. Nəşrdə həmçinin Heydər Əliyev şəxsiyyəti üçün xarakterik olan liderlik, xarizmatiklik, müdriklik və digər nadir keyfiyyətlərə, həmçinin ulu öndərin xilaskarlıq missiyası, milli ideyanın və məfkurənin formalaşdırılması, milli dövlət quruculuğundakı rolu və digər misilsiz xidmətlərinə toxunulur. Müəllif ulu öndər Heydər Əliyevin siyasi portretinə özünəməxsus fəlsəfi ştrixlər əlavə edir.