Ən yeni Azərbaycan ədəbiyyatı məsələləri. Monoqrafiya və ədəbi tənqidi məqalələr
Müəllif | Təyyar Salamoğlu (Cavadov) |
---|---|
Nəşr olunduğu il | 2008 |
Elm sahəsi | Ədəbiyyat və dilçilik |
Nəşriyyat | BQU nəşriyyatı |
Nəşr yeri | Bakı |
Təyyar Salamoğlu (Cavadov). Ən yeni Azərbaycan ədəbiyyatı məsələləri. Monoqrafiya və ədəbi tənqidi məqalələr. Bakı, BQU nəşriyyatı, 2008.
"80-ci illər Azərbaycan romanı: janr təkamülü" monoqrafiyasında 80-ci illərin roman təsərrüfatı əsasında bu janrın poetika zənginliyi və janr təkamülünün əsas istiqamətləri tədqiq edilir: romanın mövzu, ideya, konflikt və bədii qəhrəman konteksindəki təkamül prosesi izlənir; tarixi roman və onun tipologiyasına dair elmi-nəzəri qənaətlər ümumiləşdirilir, tipoloji təsnifat prinsiplərinin müəyyənləşdirilməsinə çalışır, janr baxımından mübahisə doğuran əsərlər polemik yöndə araşdırma obyekti olur; janrın struktur xüsusiyyətləri kompozisiya mürəkkəbliyi, süjetqurmanın tipoloji müxtəlifliyi və üslubi təmayülləri araşdırılır. Kitaba müəllifin çağdaş ədəbi prosesə - nəşr, poeziya, ədəbiyyatşünaslıq məsələlərinə dair son illərdə qələmə aldığı tənqidi məqalələri də daxil edilmişdir