E-KİTABLAR


Fəlsəfə elmləri ensiklopediyası: I cild: Məntiq elmi

Müəllif Hegel Georq Vilhelm Fredrix
Nəşr olunduğu il 2005
Elm sahəsi Fəlsəfə
Nəşriyyat
Nəşr yeri Bakı

Hegel Georq Vilhelm Fredrix. Fəlsəfə elmləri ensiklopediyası: I cild: Məntiq elmi. Bakı, , 2005.

"Məntiq elmi" Hegelin "Fəlsəfə elmləri ensiklopediyası"nın birinci bölümüdür. Bu bölümdə Hegelin fəlsəfi sisteminin ümumfəlsəfi məsələləri tədqiq edilir. Müəllif "Məntiq elmi"ndə dialektikanın, məntiqin və idrak nəzəriyyəsinin vəhdətini əsaslandırır, dialektik məntiq təlimini irəli sürür və onun formal yaxud ənənəvi məntiqə münasibətini şərh edir. Kitab varlıq haqqında, mahiyyət haqqında, anlayış haqqında təlim adlanan üç bölümdən ibarətdir. Kitabın bütün məzmunu bu üç bölümdə araşdırılan məsələlərin dialektik əlaqələrinin, məntiqi bağlarının tədqiqindən və onun nəticələrindən ibarətdir. Hegelin "Məntiq elmi" onun fəlsəfəyə və bütün bəşəriyyətə bəxş etdiyi təfəkkürün dialektik metodunun yetkin nümunəsidir. Kitab mənəvi-mədəni yaradıcılıqla məşğul olan bütün insanlar üçün masaüstü kitab və tələbələr üçün dərslik ola bilər.