E-KİTABLAR


Sahibkarlıq

Müəllif Romella Məhərrəmova, Solmaz Musayeva
Nəşr olunduğu il 2019
Elm sahəsi İqtisad elmləri
Nəşriyyat
Nəşr yeri Bakı

Romella Məhərrəmova, Solmaz Musayeva. Sahibkarlıq. Bakı, , 2019.

"Sahibkarlıq" modulu ilk peşə təhsili müəssisələrinin tələbələri üçün nəzərdə tutulub. Modulun əsas fikri tələbələri potensial sahibkar kimi öz şəxsi biznesləri haqqında fəal və yaradıcı düşündürməkdir. Bu materialın əsas məqsədi isə belə fəal düşünmələri inkişaf etdirmək, artırmaq, tələbələri sahibkarlıq fəaliyyətinə həvəsləndirmək və öz müəssisələrini açmaq üçün lazım olan biliklər verməkdir. Modul təlim materialıdır və üç təlim nəticəsindən ibarətdir: Birinci təlim nəticəsi tələbələrə sahibkarlığın cəmiyyətdə əhəmiyyətini başa düşməyə, potensial sahibkarın imkanlarını, sahibkarlıq ideyasının müəyyən edilməsinə və qiymətləndirməsinə yardım edir. İkinci təlim nəticəsi sahibkara biznes-planın hazırlanmasını öyrədir. Üçüncü təlim nəticəsində isə sahibkarın vergi və sosial sığorta öhdəlikləri, işçi qüvvəsindən istifadə, müəssisənin qeydiyyatı və digər məsələlər nəzərdən keçirilib. Bütün bunlarla yanaşı ümid edirik ki, tələbələr biznesə başlamaq üçün təkcə bu məlumat toplusu ilə kifayətlənməyəcək, əlavə resurslardan da istifadə edərək uğurlu sahibkarlıq təşəbbüsləri göstərəcəkdir. Təlim materialının yazılmasında Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, İqtisadi İnkişaf Nazirliyinin mütəxəsislərinin, ayrı-ayrı sahibkarların məsləhətləri və yardımlarından istifadə olunub