E-KİTABLAR


"AVTOSERVİSİN İSTİSMAR MATERİALLARI" FƏNNİNDƏN MÜHAZİRƏLƏR KONSPEKTİ

Müəllif Allahverdiyev A.M.
Nəşr olunduğu il 2016
Elm sahəsi Texnika. Texniki elmlər
Nəşriyyat
Nəşr yeri Bakı

Allahverdiyev A.M.. "AVTOSERVİSİN İSTİSMAR MATERİALLARI" FƏNNİNDƏN MÜHAZİRƏLƏR KONSPEKTİ. Bakı, , 2016.

Nəqliyyat vasitələrində istismar materiallarının təyinatlarına müvafiq istifadə edilməsi yanacaq-enerci resurslarının qənaətlə işlədilməsi, qovşaq və mexanizmlərin (o cümlədən detalların) etibarlı işinin təmin olunması və ətraf mühitin təmiz saxlanılması baxımından qoyulmuş tələblərin ödənilməsi üçün zəmin yaradır. İstismar materiallarından səmərəli istifadə etmək üçün onların tərkib hissələrini, istismar xüsusiyyətlərini, saxlanılma üsullarını (keyfiyyətinin itirilməməsi baxımından), daşınma və nəqliyyat vasitələrinə paylanma qaydalarını ətraflı öyrənmək lazımdır. Fiziki-kimyəvi xassələr istismar materiallarının tərkibini və halını xarakterizə edir. İstismar materiallarının istismar xassləri isə mühərriklərin, maşınların və onların aqreqatlarının işinin xarakterini, həmçinin bu materialların nəql edilməsi və saxlanması xüsusiyyətlərini müəyyən edir.