E-KİTABLAR


Əsərləri. Beş cilddə. IV cild

Müəllif Hüseyn Cavid
Nəşr olunduğu il 2005
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Lider nəşriyyat
Nəşr yeri Bakı

Hüseyn Cavid. Əsərləri. Beş cilddə. IV cild. Bakı, Lider nəşriyyat, 2005.

Hüseyn Cavid sənətimiz tarixinə əlvan, romantik səhifələr yazmış şair və dramaturqdur. Azərbaycan ədəbiyyatında ilk mənzum pyeslərin yaradıcısı olan monumental-romantik sənətkarın əsərləri 1920-30-cu illərdə səhnəmizin inkişafında əvəzsiz rol oynamış, neçə-neçə faciə, dram aktyorumuz məhz bu əsərlərlə yetişmişdir. Öz fəlsəfi, poetik və estetik konspesiyalarıyla "Cavid teatrı" hətta Cavidin əsərləri səhnədə oynanmadığı dövrlərdə belə öz təsir gücünü zərrəcə itirmədən yaşamışdır. Mütəfəkkir sənətkarın "Əsərləri"nin bu cildinə "Knyaz" (1928-1929) və "Səyavüş" (1933) mənzum faciələri daxil edilmişdir. Inqilabi mözuda yazılmış "Knyaz" dramının ideyası Gürcüstanda sovet quruluşunun bərqərar olduğu dövrdən və həmin ərəfədə baş verən hadisələrdən alınmışdır. "Səyavüş" mənzum faciəsi isə fars-tacik şairi Əbülqasim Firdovsinin 1000 illik yubileyinə Hüseyn Cavidin hədiyyəsi idi. Faciədə qədim "Şahnamə" motivlərinə, çox geniş yayılmış və dəfələrlə işlənmiş "Səyavuş" dastanına tamamilə yeni, müasir mövqelərdən yanaşan Cavid tarixi keçmişdə də daha çox milli istiqlalla bağlı motivlər axtarır