Özəlləşdirmə: Dünya təcrübəsi və Azərbaycanın timsalında Özəlləşdirmənin nəzəri-metodoloji Problemləri və retrospektiv iqtisadi təhlil
Müəllif | Qubad İbad oğlu Bayramov |
---|---|
Nəşr olunduğu il | 2001 |
Elm sahəsi | İqtisad elmləri |
Nəşriyyat | Elm və həyat |
Nəşr yeri | Bakı |
Qubad İbad oğlu Bayramov. Özəlləşdirmə: Dünya təcrübəsi və Azərbaycanın timsalında Özəlləşdirmənin nəzəri-metodoloji Problemləri və retrospektiv iqtisadi təhlil. Bakı, Elm və həyat, 2001.
"Özəlləşdirmə" sözünün mənşəyi cavan, tarixi yeni olsa da, onun coğrafiyasının və əhatə dairəsinin genişliyi, bu istiqamətdə əldə olunmuş təcrübələrin zənginliyindən xəbər verir. Ölkəmizin də bu sahədə islahatlara başlaması müvafiq istiqamətdə elmi tədqiqatların, həm nəzəri və həm də praktiki əhəmiyyətini xeyli artırır. Hazırda özəlləşdirməyə həm elmi və həm də praktiki müstəvidə baxışlar daha geniş spekteri əhatə edir. Son dövrlər xüsusi mülkiyyətçilərlə menecerlər arasında formalaşan yeni münasibətlər, onların hər birinin ayrıca fəaliyyət sferasına keçməsi, korporativ idarətmə modellərinin formalaşması özəlləşdirmə islahatlarının yeni mərhələyə qədəm qoymasından xəbər verir və bütün bu proseslər son nəticədə onun səmərəli təşkili üçün möhkəm zəmin yaradır. Artıq özəlləşdirmə mərhələsini arxada qoyan dövlətlərin postözəlləşdirmə dövründəki iqtisadi siyasəti fərqli tənzimləmə üsullarının meydana çıxması zərurətini artırır. Bu mərhələdə mülkiyyət hüquqlarının yenidən bölgüsü, təkrar emisiya perspektivləri, qiymətli kağızlar bazarının daha mürəkkəb mexanizmlərlə idarə olunması və onun inkişaf istiqamətlərinin özəlləşdirmə müstəvisində təhlili aktuallığı ilə seçilir.