“YENİ QARABAĞNAMƏ: QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONLARINDA POST-KONFLİKT QURUCULUĞU”
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2022 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | AzPrint |
Nəşr yeri | Bakı |
. “YENİ QARABAĞNAMƏ: QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONLARINDA POST-KONFLİKT QURUCULUĞU”. Bakı, AzPrint, 2022.
Bu kitab Azərbaycan xalqının çoxəsrlik tarixinin ən parlaq səhifələrindən biri – 2020-ci ildəki 44 günlük Vətən müharibəsində Ermənistan üzərində Qələbəmizin iki illiyinə həsr olunub. Hazırda Azərbaycanın canlı orqanizm kimi bərpa etdiyi hissəsi – işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda regenerasiya və reinteqrasiya dövrü yaşanır. Qumilyovun təbrincə desək, passionarlığımız – daxili energetikamız Qarabağ və Şərqi Zəngəzurun inkişaf səbəbi, “Dədə Qorqud” dilində təpərimiz isə daxili enerjini işə çevirən yetənəyimizdir. Azərbaycan təkcə beşinci nəsil müharibə aparmaqla torpaq bütünlüyünü təmin etməyin çağdaş nümunəsini deyil, həm də ekosid, urbisid və etnosid cinayətlərinə rəğmən postkonflikt quruculuğunu daxili imkanları hesabına və daha yüksək səviyyədə təşkil etməklə quruculuğun yeni bir modelini də ortaya qoydu.