Dövlət və dördüncü hakimiyyət
Müəllif | Mədət Məmmədov |
---|---|
Nəşr olunduğu il | 2021 |
Elm sahəsi | Siyasət. Siyasi elmlər |
Nəşriyyat | "Adiloğlu" nəşriyyatı |
Nəşr yeri | Bakı |
Mədət Məmmədov. Dövlət və dördüncü hakimiyyət. Bakı, "Adiloğlu" nəşriyyatı, 2021.
Demokratik cəmiyyət quruculuğunda azad medianın roluna tarixdə olduğu kimi, çağdaş dünyada da ciddi ictimai-siyasi önəm verilir. Söz azadlığının gerçəkləşməsi müstəqillik qazanmış xalqların həyatında daha zəruri amilə çevrilir. Bu baxımdan Azərbaycanda azad jurnalistikanın yaranması siyasi suverenliyin nəticəsi olduğu kimi, ölkəmizin müstəqil mediasının özü də demokratik dövlət quruculuğunda dördüncü hakimiyyət rolu oynayır. Təqdim edilən "Dövlət və dördüncü hakimiyyət" kitabı ehtiva etdiyi bu iki fundamental anlayışın Azərbaycan cəmiyyətində qərarlaşması, dövlət və media münasibətlərinin sivil əsaslar üzərində qurulması prosesini əks etdirən sanballı və dəyərli nəşrdir. Müəllifin Azərbaycanda azad media quruculuğu barədə bu topluda yer almış nəzəri və praktik mülahizələri, ilk növbədə, jurnalistlərə ünvanlansa da, eyni zamanda, jurnalistika ilə sıx bağlı olan digər mütəxəssislər və oxucular üçün də gərəklidir