E-KİTABLAR


Tərcümə kommunikativ proses kimi

Müəllif Ağakərimov İslam
Nəşr olunduğu il 2024
Elm sahəsi Ədəbiyyat və dilçilik
Nəşriyyat
Nəşr yeri Bakı

Ağakərimov İslam. Tərcümə kommunikativ proses kimi. Bakı, , 2024.

Tərcümənin mahiyyəti dillərarası və mədəniyyətlərarası kommunikasiyanı reallaşdırmaqla tərcümə nəzəriyyəsi və praktikasının təqdim etdiyi problemlərin adekvat, “dinamik ekvivalent” həllini icra etməkdən ibarətdir. Ancaq bu problemlərin həlli üçün hər şeydən öncə, tərcümə sənəti ilə digər nitq fəaliyyətləri arasında mövcud olan fərqi müəyyənləşdirmək, nəyin tərcümə olunan, yaxud olunmayan, habelə informasiyanın hansı səviyyədə ötürülməsi prinsipləri kimi məsələlərə aydınlıq gətirmək lazımdır. Əlbəttə, burada mütləq ekvivalentlikdən, yaxud “ideal ekvivalentlikdən” (termin G.Yegerə məxsusdur) danışmaq o qədər də doğru olmazdı. Ancaq dinamik ekvivalentlik əsas etibarı ilə, mətnin mühüm nüvəsini təşkil edən informasiyanın kontekstə mümkün müvafiqliklə verilməsini nəzərdə tutur