E-KİTABLAR


BİTKİ FİZİOLOGİYASI VƏ BİOKİMYASI

Müəllif Arif Qazıyev, Şəhla Əliyeva, Lyudmila Muxtarova, Mehparə Qasımova, Elnarə Hüseynova
Nəşr olunduğu il 2017
Elm sahəsi Təbiət elmləri
Nəşriyyat “Gəncə Poliqrafiya” ASC
Nəşr yeri Gəncə

Arif Qazıyev, Şəhla Əliyeva, Lyudmila Muxtarova, Mehparə Qasımova, Elnarə Hüseynova. BİTKİ FİZİOLOGİYASI VƏ BİOKİMYASI. Gəncə, “Gəncə Poliqrafiya” ASC, 2017.

Bitki fiziologiyası və biokimya fənninə dair hazırlanmış dərs vəsaiti, bitki orqanizmində həyat fəaliyyəti zamanı baş verən proseslərin müəyyən edilməsinə və həmin proseslərin elmi əsaslarla praktiki cəhətdən öyrənilməsinə və tənzim edilməsinə həsr edilmişdir. Burada bitki orqanizmində gedən funksional proseslərin öyrənilməsinə xüsusi diqqət verilmişdir. Bitkilərin fiziologiyası və biokimyası sahəsində əldə olunmuş elmi əsaslı nəzəri məsələlərin qısa təhlili ilə yanaşı tədqiqi işlərin də aparılmasına və öyrənilməsinə geniş yer verilmişdir. Vəsaitdə mikroskopun quruluşu, hüceyrənin fiziologiyası, su mübadiləsi, mineral qidalanma, tənəffüs, fotosintez, böyümə, inkişaf və digər proseslərin elmi nailiyyətlərə əsaslanaraq öyrənilməsi üçün nəzəri istiqamətlər və müasir praktiki biliklər öz əksini tapmışdır. Beləliklə bu vəsait, müasir dövrdə bitkilərin məhsuldarlığının artırılmasında, onlarda baş verən fiziolojı və biokimyəvi proseslərin öyrənilməsi ilə intensiv texnologiyaların işlənib hazırlanmasında əsaslı bir vəsaitdir.