Türkmənlər
Müəllif | Tağıbəyli Vüsal Vaqif oğlu |
---|---|
Nəşr olunduğu il | 2021 |
Elm sahəsi | 9 |
Nəşriyyat | Təknur |
Nəşr yeri | Bakı |
Tağıbəyli Vüsal Vaqif oğlu. Türkmənlər. Bakı, Təknur, 2021.
Yazıçı-jurnalist Vüsal Tağıbəyli daha bir əsəri – “Türkmənlər” adlı siyasi romanı ilə oxucularının görüşünə gəlir. Mürəkkəb hərbi-siyasi vəziyyətin hökm sürdüyü vaxtlarda bir neçə dəfə İraqa səfər edən müəllif, bu ölkədə görüb-eşitdiklərini, şahidi olduğu maraqlı hadisələri, həmsöhbət olduğu, bir-birindən maraqlı adamlarla görüşlərini, gözqamaşdıran qədim tarixi məkanları-abidələrin, dəhşətli müharibənin miras buraxdığı xarabalıqların, daşı-daş üstə qalanmış şəhər və
kəndlərin qanlı xatirələrini qələmə alaraq bədiləşdirib. “Türkmənlər” əsərinin əsas motivini İraqın üçüncü böyük xalqı olan türkmənlər təşkil edir. Qədim türk millətinin bir qolu olan türkmənlərin İraqda yaşayışından, xüsusilə də yığcam məskunlaşdıqları Türkməneli torpaqlarında, məhz türk olduqları üçün onillər boyunca
başlarına açılan müsibətlərdən söz açan yazıçı, bu gün onların qədim türkmən şəhəri olan Kərkükdə azlığa çevrildiyini ürək ağrısı ilə qeyd edir. Səddam Hüseyn dönəmində ərəbləşdirilməsinə start verilən Kərkük və digər türkmən yaşayış məntəqələrini, son iyirmi ildir birtərəfli qaydada kürdləşdirməyə çalışırlar. Müəllif öz kitabında müasir türkmən siyasi fikir məktəbinin banisi, milli lider Riyaz Sarıkahyanın türkmən xalqı üçün əvəzsiz əhəmiyyətindən söz açır, onun ictimai fəaliyyətini müxtəlif obrazların görüşlərində canlandırır.