Bakı və Azərbaycan tarixinə dair əsərlər: 1918-1919
Müəllif | Rəsulzadə Məmməd Əmin Ələkbər oğlu |
---|---|
Nəşr olunduğu il | 2013 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Qanun |
Nəşr yeri | Bakı |
Rəsulzadə Məmməd Əmin Ələkbər oğlu. Bakı və Azərbaycan tarixinə dair əsərlər: 1918-1919. Bakı, Qanun, 2013.
M.Ə.Rəsulzadənin oxuculara təqdim etdiyimiz bu kitabına onun Bakı və Azərbaycan tarixi ilə əlaqədar Cümhuriyyətin varlığının ilk ilində yazdığı əsərləri daxil edilmişdir. Onlardan biri Bakı hələ azad edilməmişdən, 1918-ci ilin sentyabrından əvvəl İstanbulda nəşr olunan "Tərcümani-həqiqət" qəzetində Bakı ilə əlaqədar verdiyi bəyanat, 1918-ci il noyabrın əvvəllərində İstanbuldan vətənə döndükdən sonra, 1918-ci il dekabrın 2-dən başlayaraq "Azərbaycan" qəzetində "Azərbaycan paytaxtı" sərlövhəsi ilə dərcolunan elmi araşdırmaları, habelə müstəqil dövlətimizin Azərbaycan adlanması ilə əlaqədar İran iddialarına cavab olaraq yazdığı "İran və biz", "Azərbaycan və İran", "İran - Azərbaycan" sərlövhəli məqalələri, həmçinin Cümhuriyyətin bir illiyi ilə əlaqədar "İstiqlal" məcmuəsində dərc olunmuş "Azərbaycan Cümhuriyyəti" adlı əsəri daxil edilmişdir.