Qarabağ, onun qədim tayfaları və toponimləri
Müəllif | Məmmədov Aydın Babaş oğlu |
---|---|
Nəşr olunduğu il | 2008 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Mütərcim |
Nəşr yeri | Bakı |
Məmmədov Aydın Babaş oğlu. Qarabağ, onun qədim tayfaları və toponimləri. Bakı, Mütərcim, 2008.
Diqqətinizə təqdim olunan kitab qeyri-adi mövzuya Qarabağın keçmişinə, onun qədim türk mənşəli tayfalarına və bu boyların bizə torpaqlarımız qədər qədim, son də- rəcə mənəvi dəyəri olan yaddaş-yadigar qoyduqları coğrafi adlara (toponim, etnonim, oronim...) həsr olunmuşdur. Kitabda eyni zamanda ərməni-hay millətçilərinin Türkiyə ərazisində «öz dövlətini qurmaq uydurma «böyük Ərməniyəni bərpa etmək cəhdlərinin boşa çıxması reallaşdıqda qondarma «ərməni-hay soyqırımının ortaya atılması, bu əsassız mübarizənin Azərbaycan torpaqları müstəvisinə çıxarılması (şübhəsiz, havadarların köməyilə). Qərbi Azərbaycanda və Qarabağm dağlıq hissəsində zorakılıqla etnik təmizləmə siyasəti həyata keçirərək Azərbaycanın 20% ərazisini işğal etməsi tarixi faktlar əsasında açıq lanır. Kitaba əlavə olunmuş izahlı toponimik lüğətlər də əski dövrlərdən adıçəkilən ərazilərdə türk mənşəli tayfaların məskunlaşmasına dəlalət edir.