E-KİTABLAR


20 yanvardan başlanan azadlıq Ədəbi-bədii, publisitik almanax

Müəllif AYDIN ƏHMƏD OĞLU ƏBİLOV
Nəşr olunduğu il 2021
Elm sahəsi Tarix
Nəşriyyat Maarif
Nəşr yeri Bakı

AYDIN ƏHMƏD OĞLU ƏBİLOV. 20 yanvardan başlanan azadlıq Ədəbi-bədii, publisitik almanax. Bakı, Maarif, 2021.

Bu il 20 yanvar hadisələrindən 31 il keçir. Bu 31 ildə çox şey, bəlkə də hər şey dəyişib. Dəyişməyən isə bircə şey olub: həmin qanlı hadisəyə münasibət və onun bizim tarixi taleyimizdə daşıdığı missiya. İndi, bu günlərdən həmin çağlara baxanda çox şey bizə vahiməli görünür. Əslində, bu təəssüratı doğuran zamanın özünün obrazıdır. Bir-birini əvəzləyən kataklik proseslər - 20 yanvar faciəsi, ondan bir il sonra jurnalist S.Əsgərovanın qətli, 20 noyabrda müəmmalı vertalyot qəzası, daha bir il sonra törədilən Xocalı soyqırımı, bir-birini əvəzləyən torpaq itkiləri və s. və i.a.