E-KİTABLAR


Yem otlarının toxumçuluğu

Müəllif Hümbətov Hümbət Sərxoş oğlu, Xəlilov Xalıq Qurban oğlu, Babazadə Arzu
Nəşr olunduğu il 2023
Elm sahəsi Kənd təsərüffatı
Nəşriyyat Star
Nəşr yeri Gəncə

Hümbətov Hümbət Sərxoş oğlu, Xəlilov Xalıq Qurban oğlu, Babazadə Arzu. Yem otlarının toxumçuluğu. Gəncə, Star, 2023.

Vəsaitdə mövcud yem otlarının toxumçuluğu, müasir yem otları toxumçuluğunun qarşısında duran əsas məsələlər, otların məhsuldarlığı, toxum tədarükü, yem otları toxumçuluğunun inkişaf perspektivləri, əsas taxıl və paxlalı, yem otlarının təsərrüfat əhəmiyyəti, bioloji xüsusiyyətləri, toxum üçün becərilmə texnologiyası, inkişaf tarixi, bölgələr üzrə ot toxumçuluğu, başqa sözlə, yem otları toxumçuluğunun bütün sahələri üzrə əsas prinsipial məsələlərə dair ətraflı məlumat verilmişdir. Dərs vəsaiti əsasən ali və orta ixtisas məktəblərinin aqronomluq, zoomühəndislik, baytarlıq, biologiya və ekologiya ixtisaslarının bakalavr və magistr pilləsində təhsil alan tələbələr, magistrantlar, yemçilik və çəmənçilik fənlərinin tədrisi ilə məşğul olan müəllimlər, otlaq və çəmənçiliklə məşğul olan digər şəxslər üçün nəzərdə tutulmuşdur. Lakin, ondan aqronomlar, fermerlər, zoomühəndislər, baytar həkimləri, yem otlarının toxumlarının istehsalı sahəsində çalışan mütəxəssislər, eləcə də hər bir oxucu faydalana bilər.