Yanvar təlatümü 1-ci hissə
Müəllif | Sevinc Ədalətqızı |
---|---|
Nəşr olunduğu il | 2021 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Maarif |
Nəşr yeri | Bakı |
Sevinc Ədalətqızı. Yanvar təlatümü 1-ci hissə. Bakı, Maarif, 2021.
“Yanvar təlatümü” sənədli romanı Azərbaycanın qəhrəmanlıq səhifəsinə yazılmış 1990-cı il qanlı 20 Yanvar hadisələrinə həsr edilmişdir. Əsərdə Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş gənc ədib Ülvi Bünyadzadə, şair təbiətli Cavad İsmayılzadə (Qəmli), milis serjantı Telman Bağırov, tələbə Rahim Babayev, eyni zamanda Eldar Məmmədov, Namiq Əliyev və digər Şəhid oğullarımızın bədii obrazları təcəssüm etdirilmişdir. Bundan əlavə barrikadaçı tələbə Şahinin başına gələn müsibətlər əsərdə öz əksini tapmışdır. Eyni zamanda itkin Şəhid Orxanın və sevgilisi İlahənin sonu əbədi hicranla nəticələnən məhəbbət macərası da əsərin diqqətçəkən məqamlarından biridir. Ümumiyyətlə, əsərdə 20 Yanvar hadisələri tarixi faktlara əsaslanaraq, geniş şəkildə təsvir olunmuşdur.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.