Mədəniyyətlərin qarşılıqlı əlaqələrində YUNESKO-nun rolu
Müəllif | Sevda Ağamirzə qızı Əhədova |
---|---|
Nəşr olunduğu il | 2014 |
Elm sahəsi | Mədəniyyət |
Nəşriyyat | Beynəlxalqkitab |
Nəşr yeri | Bakı |
Sevda Ağamirzə qızı Əhədova. Mədəniyyətlərin qarşılıqlı əlaqələrində YUNESKO-nun rolu. Bakı, Beynəlxalqkitab, 2014.
Təqdim olunan əsərdə YUNESKO-nun fəaliyyətinin mühüm sahəsini təşkil edən beynəlxalq mədəni hüquqlar sisteminin, mədəni müxtəlifliyin və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi ilə bağlı həyata keçirdiyi siyasət işıqlandırılır, bu sahədə dünyada qazanılmış təcrübə ümumiləşdirilir, mövcud problemlər təhlil olunur.
Kitab beynəlxalq münasibətlər, mədəni əlaqələr, beynəlxalq hüquq sahəsində çalışan mütəxəssislər, müəllim və tələbələr, geniş oxucu kütləsi üçün faydalı ola bilər.