E-KİTABLAR


Vətəndaşlıq və Vətəndaşsızlıq: parlamentarilər üçün Təlimat

Müəllif
Nəşr olunduğu il 2008
Elm sahəsi Hüquq
Nəşriyyat
Nəşr yeri Bakı

. Vətəndaşlıq və Vətəndaşsızlıq: parlamentarilər üçün Təlimat. Bakı, , 2008.

"Hər insanın vətəndaşlıq almaq hüququ var. Heç kəs əsassız olaraq vətəndaşlığından məhrum edilə bilməz. Bu qısa ifadə ilə 1948-ci ilin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 15-ci maddəsi hər bir ölkədə hər insanın Dövlətlə qanuni əlaqəsini təmin edir. Vətəndaşlıq və ya milli mənsubiyyət (bu terminlərdən, adətən beynəlxalq hüquqda olduğu kimi, eyni dərəcədə hazırkı nəşrdə istifadə olunacaq) insana ozünüeyniləşdirmə hissi yaradır, həmçinin insanların Dövlət tərəfindən müdafiəsini, habelə bir çox vətəndaş və siyasi hüquqlarını təmin edir. Vətəndaşlıq əbəs yerə "hüquq əldə etmək hüququ" adlandırılırmır. Vətəndaşlığın verilməsi, verilməsindən imtina və ya itirilməsinə dair beynəlxalq qanunlar sisteminə baxmayaraq, bütün dünyada milyonlarla insanın vətəndaşlığı yoxdur. Onlar vətəndaşlığı olmayan şəxslərdir. Vətəndaşsızlıq bir çox səbəblərin nəticəsi ola bilər, bunlara hüquq normalarının toqquşması, ərazinin verilməsi, nikah haqqında qanunlar, İnzibati təcrübə, ayrı-seçkilik, doğulduqda qeydiyyatın aparılmaması, vətəndaşlıqdan məhrum etmə (Dövlət insanı vətəndaşlığından məhrum etdikdə) və vətəndaşlıqdan imtina (şəxs Dövlətin müdafiəsindən imtina etdikdə) daxildir.