Yaqub Mikayıl oğlu Mahmudlu (Mahmudov). Biblioqrafik göstərici. Təkmilləşdirilmiş və yenidən işlənilmiş 3-cü nəşri
Müəllif | Əmin Əfəndiyev, Zakirə Əliyeva |
---|---|
Nəşr olunduğu il | 2019 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Turxan NPB |
Nəşr yeri | Bakı |
Əmin Əfəndiyev, Zakirə Əliyeva. Yaqub Mikayıl oğlu Mahmudlu (Mahmudov). Biblioqrafik göstərici. Təkmilləşdirilmiş və yenidən işlənilmiş 3-cü nəşri. Bakı, Turxan NPB, 2019.
Müasir Azərbaycan tarixşünaslığının görkəmli nümayəndəsi, AMEA-nın həqiqi üzvü, Əməkdar Elm xadimi, Dövlət Mükafatı Laureatı, akademik Yaqub Mahmudlunun həyat və fəaliyyətindən bəhs edən biblioqrafik göstərici alimin anadan olmasının 80 illiyinə həsr olunur. Vəsait alimin ilk qələm təcrübəsindən başlayaraq 2018-ci ilə qədər işıq üzü görmüş elmi əsərlərini monoqrafiyaları, kitab, kitabça və dərslikləri, məqalə və çıxışları, müsahibələri və digər materialları əhatə edir. Göstəriciyə ingilis, rus və digər dillərdə olan ədəbiyyatı əhatə edən bölmələr də daxil edilmişdir