HÜQUQUN ANLAYIŞI VƏ MAHİYYƏTİ
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2015 |
Elm sahəsi | Hüquq |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
. HÜQUQUN ANLAYIŞI VƏ MAHİYYƏTİ. Bakı, , 2015.
Hüquq da dövlət kimi ictimai inkişafın məhsuludur. Cəmiyyət və dövlət ictimai münasibətlərin nizamlandığı, ictimai qaydalara riayət olunduğu şəraitdə normal fəaliyyət göstərə bilər.
Hüquq cəmiyyətdə ictimai münasibətlərin əsas nqormativ nizamlayıcısı kimi çıxış edir. İctimai həyatın təşkilində, insanların davranışının və kollektivlərin fəaliyyətinin nizamlanmasında hüquq mühüm rol oynayır. Cəmiyyətin inkişafı və elmi hüquqi fikrin yetkinliyi ilə əlaqədar olaraq hüquqa, onun mənşəyinə, normativ nizamasalma sistemində yeri və roluna baxışlar da dəyişilmişdir.
Hüquq haqqında baxışlar müəyyən elmi cərəyanlar, məktəblər üzrə təsnif edilir.
Hüququn mahiyyəti ilə bağlı nəzəriyyələrdən biri olan təbii hüquq nəzəriyyəsi hesab edir ki, hüququn özündə ədalətin mütləq, dəyişməz başlanğıcı vardır, o təbii olaraq mövcuddur. Həmin nəzəriyyənin mahiyyəti bundan ibarətdir ki, dövlət tərəfindən yaradılan pozitiv hüquqdan başqa, pozitiv hüquqdan yüksəkdə duran, bütün insanlar üçün ümumi olan təbii hüquq mövcuddur. Təbii hüquq nəzəriyyəsi əsaslı şəkildə C.Lokkun, T.Hobbsun, C.C. Russo və Ş.L.Monteskyenin əsərlərində işlənib hazırlanmışdır.
Hüququn psixoloji məktəbi hüququn meydana gəlməsini və fəaliyyətini cəmiyyətin sosial-iqtisadi həyata ilə yox, şəxsiyyətin (şəxsin, qrupun) psixologiyası ilə izah edir. Hüquqa psixoloji vəziyyətin məhsulu kimi baxılır.
Hüququn tarixi məktəbi hesab edir ki, hüquq tarixi təkamülün üzvü tərkib hissəsidir. Tarixi məktəb nümayəndələrinin nöqtəyi-nəzərinə görə hüquq xalq ruhunun, xalq hüquqi inamının məhsuludur. Hüquq təbiətən meydana gəlmir.
Marksist-leninçi hüquq nəzəriyyəsi hüququn sinfi mahiyyətini səviyyəsinə qaldırılmış hakim sinfin iradəsi olduğunu xüsusi qeyd edir. onun qanun
Hüququn tərifinə, onun təbiətini sosial hadisə kimi başa düşən sosioloji, normativist və digər yanaşmalar da mövcuddur.