E-KİTABLAR


Əllamə Məclisi və onun “Biharül-ənvar” əsərinin hədis tarixində yeri

Müəllif İbrahim Zöhrab oğlu Quliyev
Nəşr olunduğu il 2018
Elm sahəsi Tarix
Nəşriyyat
Nəşr yeri Bakı

İbrahim Zöhrab oğlu Quliyev. Əllamə Məclisi və onun “Biharül-ənvar” əsərinin hədis tarixində yeri. Bakı, , 2018.

Əllamə Məclisi kimi ilahiyyat aliminin “Biharül-ənvar” adlı yetkin bir elmi əsər yazıb ortaya qoyması XVII əsrdə Azərbaycan Səfəvilər dövlətinin elm və mədəniyyətə verdiyi yüksək diqqətdən xəbər verir. Əllamə Məclisi Azərbaycan İslam mədəniyyəti tarixində iyirmidən artıq hədis aliminin yetişməsində mühüm rol oynamış, onun özünün yetişməsində isə Ağa Hüseyn əl-Xansari və Molla Xəlil əlQəzvini kimi Azərbaycan alimlərinin böyük xidmətləri olmuşdur. Buna görə də Əllamə Məclisinin həyat və yaradıcılığına diqqət yetirmək, onun ən böyük elmi əsərini və bu əsərin mənbələrini tədqiq etmək, onun İslam ilahiyyatüşünaslığındakı yerini müəyyənləşdirmək aktual əhəmiyyət kəsb edir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.