E-KİTABLAR


Xristian sәyyahın tarixi. (Sәfәvilәr dövlәtinin süqutuna dair qiymәtli ilkin mәnbә)

Müəllif Kruşinski Y.T.
Nəşr olunduğu il 2017
Elm sahəsi Tarix
Nəşriyyat Kitab Klubu MMC
Nəşr yeri Bakı

Kruşinski Y.T.. Xristian sәyyahın tarixi. (Sәfәvilәr dövlәtinin süqutuna dair qiymәtli ilkin mәnbә). Bakı, Kitab Klubu MMC, 2017.

Polyak müәllifi Y.T.Kruşinskinin XVIII yüzilliyin birinci yarısında İranda vә Azәrbaycanda baş verәn bir sıra mühüm tarixi hadisәlәri әks etdirәn bu әsәri indiyәdәk ingilis, fransız, alman, türk, fars vә başqa dillәrә tәrcümә olunmuş, geniş tәdqiqata cәlb edilmişdir. 1708-1726-cı illәrdә Azәrbaycan Sәfәvilәr dövlәtinin paytaxtı İsfahanda yaşayıb fәaliyyәt göstәrәn müәllif hәmin әsәrdә Azәrbaycanın İran, Rusiya, Zaqafqaziya, Dağıstan, Türkiyә ilә qarşılıqlı münasibәtlәrinә, Sәfәvilәr dövlәtinin süqutuna geniş yer vermişdir.