E-KİTABLAR


Qarabağ tarixi

Müəllif Mirzə Camal Cavanşir Qarabaği
Nəşr olunduğu il 1959
Elm sahəsi Tarix
Nəşriyyat Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı
Nəşr yeri Bakı

Mirzə Camal Cavanşir Qarabaği. Qarabağ tarixi. Bakı, Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, 1959.

Bu əsərin Azərbaycan dilinə tərcüməsi ilk dəfə çap olunur. Əsərin A. Berje tərəfindən rus dilinə müxtəsər və sərbəst tərcüməsi 1855-ci ildə Tiflisdə nəşr olunan «Qafqaz» qəzetində dərc edilmişdir. A. Berje həmin tərcüməyə yazdığı müqəddimədə müəllifin şəxsiyyətindən bəhs edir onun tərcümeyi-halı haqqında M. F. Axundovun köməyilə Mirzə Camalın oğlu Rzaquludan məlumat aldığını söyləyir O, yazırdı: «Mirzə Camal ərəb, fars və osmanlı dillərindən başqa ləzgi və avar dillərini də bilirdi. Astronomiya tarix və coğrafiya haqqında olduqca gözəl məlumatı var idi. Tibb elmi ilə tanış olduğundan istefaya çıxdıqdan sonra ömrünün axırına qədər xəstələri pulsuz müalicə edirdi və buna görə də xalq arasında böyük hörməti var idi. O olduqca hafizəli və istedadlı bir şəxs idi. Ərəb və fars dillərində şer yazardı» .