XIX əsr Azərbaycan şeri antologiyası
Müəllif | Zaman Əsgərli |
---|---|
Nəşr olunduğu il | 2005 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Şərq-Qərb |
Nəşr yeri | Bakı |
Zaman Əsgərli. XIX əsr Azərbaycan şeri antologiyası. Bakı, Şərq-Qərb, 2005.
Qədim və spesifik mənəvi mədəniyyətlərin bir çoxunun öz saflığını və billurluğunu itirdiyi XIX asr Azərbaycanın bədii mədəniyyəti tarixində ideya-estetik nailiyyətləri ilə seçilən bir mərhələdir. Klassik irsin yaşarı ənənələri zəminində inkişaf edən, eyni zamanda bədii keyfiyyətlərinə görə özünəməxsus bir hadisə olan, təzə, orijinal ədəbi forma və janrlarla zəngin XIX yüzil Azərbaycan ədəbiyyatında bununla yanaşı aparıcı yeri, qədim və orta əsrlərdə olduğu kimi, hələ ki yenə poeziya tutulur. Lakin onun yeni istiqamətdə inkişafı artıq əsrin əvvəllərində ictimai-siyası və mədəni həyatda baş vermiş mühüm dəyişikliklər şərtləndirir. Təqdim olunan "XIX əsr Azərbaycan şeri antologiyası"nda həmin dövrdə yaşayıb-yaratmış 60-dan artıq şairin əsərlərindən seçmələr toplanmışdır. Nümunələr tarixi-xronoloji prinsip əsasında düzülmüşdür