Şəhriyar Məhəmmədhüseyn. Seçilmiş əsərləri
Müəllif | Nazim Rizvan, Xuraman Quliyeva, İslam Qəribov |
---|---|
Nəşr olunduğu il | 2005 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | AVRASİYA PRESS |
Nəşr yeri | Bakı |
Nazim Rizvan, Xuraman Quliyeva, İslam Qəribov. Şəhriyar Məhəmmədhüseyn. Seçilmiş əsərləri. Bakı, AVRASİYA PRESS, 2005.
Məhəmmədhüseyn Şəhriyar o taylı bu taylı Azərbaycanın XX əsrdə yetirmiş olduğu ən görkəmli şairlərdən biri, Azərbaycan və İran ədəbiyyatlarının fəxridir. Zamana sıgmayan, nəhəng bir ümmanı xatırladan müdrik və məğrur təbiətli sənətkar füsünkar əsərləri ilə hələ öz sağlığında klassiklər səviyyəsinə yüksəlmiş, Yaxın Şərq ədəbiyyatını bədii möcüzələrlə, təravətli obraz və ifadə vasitələri ilə zənginləşdirmiş, xüsusən anadilli poeziyamıza "Heydərbabaya salam" kimi son dərəcə xəlqi və sənətkarlıq baxımından nadir əsərlərdən birini töhfə vermişdir. Şəhriyar yalnız həqiqətləri deyən, düşünüb-duyduqlarını sadə, anlaşıqlı və şirin el dilində tərənnüm edən, "təpədən dırnağadək ürəkdən ibarət" olan əyilməz, hünərli bir şairdir. Şəhriyar milli olduğu qədər bəşəri, bəşəri olduğu qədər də milli şairdir. "Seçilmiş əsərələri"nə bitməz-tükənməz aləmli qüdrətli sənətkarın ana dilində şeirləri ilə yanaşı farsca yazdığı əsərələri daxil edilmişdir