E-KİTABLAR


Əlli dörd gün erməni mühasirəsində

Müəllif Əli Əliyev
Nəşr olunduğu il 2012
Elm sahəsi Tarix
Nəşriyyat Elm və təhsil
Nəşr yeri Bakı

Əli Əliyev. Əlli dörd gün erməni mühasirəsində. Bakı, Elm və təhsil, 2012.

Əziz oxucu! “54 gün erməni mühasirəsində” kitabında əks olunanlar mənim, ailəmin, əlli dörd gün erməni mühasirəsində qalan on doqquz nəfərin, doğma evindən, torpağından didərgin salınan yüz minlərlə azərbaycanlının başına gələn faciələrin xırda bir hissəsidir. Bu həm də tarixdir, hər bir azərbaycanlının tarixi. Tarix boyu ermənilər azərbaycanlıların başına dəfələrlə belə faciələr gətiriblər. Vətənimiz parçalanıb, millətimiz soyqırımla ra məruz qalıb, qədim yaşayış yerlərimiz, mahallarımız, kəndlərimiz dağıdılıb, xarabalığa çevrilib. Təəssüflər olsun ki, bu faciələri unutmuşuq, gələcək nəsillərə çatdırmamışıq. Elə unutqanlığın nəticəsidir ki, ermənilər yalnız XX əsrdə dəfələrlə A zərbaycanın tarixi torpaqlarını işğal ediblər, özlərinə bizim torpaqlarda dövlət qurublar, xalqımızı soyqırıma məruz qoyublar. Bu kitabın məqsədi erməni işğalını, vəhşiliyini real tarixi faktlarla indiki və gələcək nəsillərə çatdırmaqdır. Bizim bunları unutmağa haqqımız yoxdur!