E-KİTABLAR


Süleyman Sani Axundov. Seçilmiş əsərləri

Müəllif Nadir Vəlixanov
Nəşr olunduğu il 2005
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Şərq-Qərb
Nəşr yeri Bakı

Nadir Vəlixanov. Süleyman Sani Axundov. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2005.

Maarifpərvər ədib Süleyman Sani Axundovun bədii əsərlərində, pedaqoji-elmi fəaliyyətində və vətəndaşlıq əməlləri ilə zəngin olan ictimai həyatında işıqlı fikirlərin təsdiqi, nurlu, xeyirxah əməllərin təbliği onun başlıca yaradıcılıq idealları kimi meydana çıxmışdır. Müəllimlərlə maarifçilər, xeyirxah ziyalılarla nəcib tələbələr, məsum uşaqlarla müdrik qocalar Süleyman Saninin məktəbə, elmə və təhsilə çağıran əsərlərinin əsas, nümunəvi qəhrəmanları olmuşdur. Həyatdakı fənalıq və eybəcərliyə qarşı mübarizədə təmiz fikirlərin, saf və xeyirxah hisslərin ziyasını təsirli mənəvi vasitə hesab edən yazıçının nəsr əsərlərinin çoxusunda, eləcə də müəyyən qisim səhnə əsərlərində bir-biri ilə daima mübarizə edən və rəmzi şəkildə mənalandırılan iki qüvvə mövcuddur: qaranlıq və işıq