E-KİTABLAR


NEFT QARIŞIQLARININ HAZIRLANMASI VƏ NƏQLİNİN REOLOJİ VƏ FİZİKİ-KİMYƏVİ ASPEKTLƏRİ ( Dərs vəsaiti )

Müəllif İSMAYILOV Q.Q., ADIGÖZƏLOVA M.B.,İSMAYILOVA F.B.
Nəşr olunduğu il 2016
Elm sahəsi İqtisad elmləri
Nəşriyyat ADNSU
Nəşr yeri Bakı

İSMAYILOV Q.Q., ADIGÖZƏLOVA M.B.,İSMAYILOVA F.B. . NEFT QARIŞIQLARININ HAZIRLANMASI VƏ NƏQLİNİN REOLOJİ VƏ FİZİKİ-KİMYƏVİ ASPEKTLƏRİ ( Dərs vəsaiti ). Bakı, ADNSU, 2016.

Son illərin tədqiqatları göstərir ki, neftlərin xassələri və keyfiyyət göstəricilərinə müxtəlif çeşidli və xassəli neftlərin qarışması və sulaşma dərəcəsi də əhəmiyyətli dərəcədə təsir göstərir, onların saxlanması, qəbulu və təhvili proseslərində disbalans yaradır. Neftlərin qarışmasının “bir araya sığmazlığı” praktiki vacib olan parametrlərin (sıxlıq, özlülük, donma temperaturu, həcmin) anomal dəyişməsinə, boru xətlərində müxtəlif tıxac və çöküntülərin yaranmasına, səbəb ola bilir. Hətta iki “yaxşı” stabil yanacağın qarışması zamanı “problemli”- ağır hissəciklərin çökməsi müşahidə olunan qarışığın əmələ gəlməsi halı baş verir. Bəzi neftlər bu baxımdan “arzuolunmaz” cütlük də hesab edilə bilər.