E-KİTABLAR


Məhsəti Gəncəvi, Portret-oçerk

Müəllif Rafael Hüseynov
Nəşr olunduğu il 2013
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Şərq-Qərb
Nəşr yeri Bakı

Rafael Hüseynov. Məhsəti Gəncəvi, Portret-oçerk. Bakı, Şərq-Qərb, 2013.

Böyük Azərbaycan şairi Məhsəti Gəncəvi misilsiz söz ustası olmaqla yanaşı, eyni zamanda mahir musiqiçi və şahmatçı kimi də şöhrət qazanmışdır. 900 il əvvəl qədim Gəncə şəhərində doğulan Məhsəti xanım müasiri olmuş Ömər Xəyyamla birlikdə Yaxın və Orta Şərq xalqları poeziyasında bütün zamanlar üçün rübainin ən mahir yaradıcısı kimi tanınmışdır. Bir sıra tarixi mənbələrdə dahi Azərbaycan şairi Nizami Gəncəvi və görkəmli filosof-şair Fəridəddin Əttar Məhsətinin hələ XII əsrdə ədəbi-mədəni aləmdə böyük nüfuz sahibi olmasını yazmışlar. Məhsəti Gəncəvi rübailərində saf məhəbbəti, humanist ideyaları tərənnüm etmiş, poeziyada azadfikirliliyin ən cəsarətli təmsilçilərindən biri hesab edilmiş, özündən sonrakı Şərq ədəbiyyatının inkişafına güclü təsir göstərmişdir. Portret-oçerkdə Məhsəti Gəncəvinin keçdiyi həyat yolu, onun ədəbi mirası, yaradıcılığının başlıca xüsusiyyətləri izlənilir, qüdrətli şairənin bədii sözün inkişafı tarixindəki əsas xidmətlərindən bəhs edilir