Qərbi Azərbaycanın tarixi və mədəni irsi
Müəllif | İbrahim Əliyev |
---|---|
Nəşr olunduğu il | 2023 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | “RAFPOLİQRAF” nəşriyyatı |
Nəşr yeri | Bakı |
İbrahim Əliyev. Qərbi Azərbaycanın tarixi və mədəni irsi. Bakı, “RAFPOLİQRAF” nəşriyyatı, 2023.
Kitab əzəli torpaqlarımız olan Qərbi Azərbaycan ərazilərində xalqımızın tarixi və mədəni irsinin araşdırılması, onların haqqında həqiqətin ortaya qoyulması, onların ermənilər tərəfindən saxtalaşdırılmasına aydınlıq gətirilməsinə həsr edilmişdir. Geniş yazılı və maddi mənbələrdən əldə edilmiş məlumatlar əsasında ermənilərin və onların havadarlarının saxtakarlıqlarının məqsədləri, hədəflərinin işıqlandırılmasına çalışmışıq. Məqsəd tarixi həqiqətləri ölkə və dünya ictimaiyyətinə çatdırmaq, erməni yalanlarının və miflərinin iflasına töhfb verməkdir. Təəssüflər olsun ki, Azərbaycanın indi Ermənistan adlandırılan ərazilərində milli mədəni irsimizə, real tariximizə ağır zərbələr vurulmuşdur. Xristianlıq dövrünə aid olan abidələrimiz erməniləşdirilmiş, müsəlman abidələrimiz məhv edilmiş, tarixi yer adları, toponimlər dəyişdirilmişdir. Bizim bu tədqiqatda məqsədimiz tarixi və mədəni izlərimizi bərpa etmək, onları yaşatmaqdır. Düşünürük ki, bu kitab həmin məqsədlərə çatılmasında öz rolunu oynayacaq