E-KİTABLAR


TARİXİ ANLAYIŞ VƏ TERMİNLƏRİN İZAHLI LÜĞƏTİ

Müəllif ƏKBƏR QOCAYEV, ŞƏHLA QULİYEVA, SEVDA ƏLİYEVA
Nəşr olunduğu il 2003
Elm sahəsi Ədəbiyyat və dilçilik
Nəşriyyat maarif nəşriyyat
Nəşr yeri Bakı

ƏKBƏR QOCAYEV, ŞƏHLA QULİYEVA, SEVDA ƏLİYEVA. TARİXİ ANLAYIŞ VƏ TERMİNLƏRİN İZAHLI LÜĞƏTİ. Bakı, maarif nəşriyyat, 2003.

Hər bir uşaq onu əhatə edən insanların dilini mənimsəyir. Ancaq uşağın öyrəndiyi dil adi danışıq dilidir. O, gözəl nitq mədəniyyətinə yalnız təhsil prosesində sahib ola bilər. Deməli, nitq mədəniyyətinin təməli məktəbdə qoyulur. Nitq mədəniyyətinin inkişafında humanitar elmlərin, kütləvi məlumat vasitələrinin rolu əvəzsizdir. Möhtərəm Prezidentimiz H.Ə.Əliyev nitq mədəniyyətinin əhəmiyyətini xüsusi qeyd edərək demişdir: "Azərbaycan ədəbi dilinin saflığına, kütlələrin nitq mədəniyyətinə daim qayğı göstərilməlidir". Dil həmişə insanlar arasında ən mühüm ünsiyyət vasitəsi hesab olunub və indi də belədir. Hər bir dilin özünəməxsus lüğət tərkibi var. Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq dilin lüğət tərkibi də dəyişir və zənginləşir. Müəllimlərin başlıca vəzifələrindən biri də dilimizin lüğət tərkibinə daxil olmuş müxtəlif sözlər, terminlər haqqında şagirdlərə məlumat vermək, onlarda zəruri söz ehtiyatı bolluğu yaratmaqdır. Terminləri öyrənməyin bir əhəmiyyəti də budur ki, bir çox terminlər dünya miqyasında və ya bir çox dillərdə eyni mənada başa düşülür.