O, Günəş ömrüdü, sönməyəcəkdir
Müəllif | Yusifoğlu İbrahim |
---|---|
Nəşr olunduğu il | 2023 |
Elm sahəsi | 9 |
Nəşriyyat | Şirvannəşr |
Nəşr yeri | Bakı |
Yusifoğlu İbrahim. O, Günəş ömrüdü, sönməyəcəkdir. Bakı, Şirvannəşr, 2023.
Şair-publisist İbrahim Yusifoğlunun yeni kitabı Azərbaycan xalqının mənəvi xilaskarı, xalqın əmin-amanlığı uğrunda ömrünü şam kimi əridən, Azərbaycan Dövlətinin banisi və qurucusu, qeyri-adi zəka sahibi və təşkilatçılıq bacarığına malik şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuşdur. Poemada Ulu Öndərin hələ sovet illərində Azərbaycanı geridə qalmış respublikadan qabaqcıllar sırasına çıxarması, onun keçmiş SSRİ-nin ali rəhbərliyində ən çətin və məsuliyətli sahələrə məharətlə, yüksək peşəkarlıqla rəhbərlik etməsi, ideoloji işin ustası, mahir bilicisi kimi ürəkdən gələn poetik misralarla məhəbbətlə tərənnüm olunmuşdur.
İnanırıq ki, ümummilli liderin 100 illik yubileyində İbrahim Yusifoğlunun “O, Günəş ömrüdü, sönməyəcəkdir” kitabı sevimli oxucularına gözəl hədiyyəsi olacaqdır.