E-KİTABLAR


YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR

Müəllif
Nəşr olunduğu il 2014
Elm sahəsi Texnika. Texniki elmlər
Nəşriyyat
Nəşr yeri Bakı

. YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR. Bakı, , 2014.

Azərbaycan Respublikası sürətlə yeniləşir və ölkə inkişaf templərinə görə, bir sıra istiqamətlərdə dünya və regional liderə çevrilib. Sənaye, kənd təsərrüfatı, xidmət sahələrinin diversifikasiyası, planlaşdırma və idarəetmənin optimallışdırılması, fasiləsiz yeniləşən texnoloji tərəqqi ölkədə iqtisadi və sosial irəliləyişin və ümumiyyətlə davamlı inkişafın uğu- runun təzahürüdür. Əldə edilmiş nailiyyətlər bir çox beynəlxalq təşkilatların rəsmi hesabatlarında da əksini tapıb. Qısa zaman kəsiyində qazanılan uğurların kökündə ölkə Prezidenti İl- ham Əliyev tərəfindən reallaşdırılan və insan potensialına, innovativ texno- logiyalara əsaslanan inkişaf strategiyası durur. Bu strategiya inkişaf prosesi- nin hər bir mərhələsindəiqtisadi və sosial prioritetlərin ardıcıllığının düzgün müəyyən edilməsinə, qlobal və milli maraqların qarşılıqlı surətdə təmininə yönəldilmiş fəaliyyətdən keçir. Göstərilən strategiyaya əsaslanaraq ölkə Pre- zidenti İlham Əliyev bu günlərdə 2014-cü ili «Sənaye ili» elan etdi. Əslində, bununla dövlət başçısı Azərbaycan Respublikasının inkişafının növbəti hədəfini açıqladı.