Qaracaoğlan. Şeirlər
Müəllif | İsmayıl Öməroğlu, Qara Namazov |
---|---|
Nəşr olunduğu il | 2006 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Şərq-Qərb |
Nəşr yeri | Bakı |
İsmayıl Öməroğlu, Qara Namazov. Qaracaoğlan. Şeirlər. Bakı, Şərq-Qərb, 2006.
Həyatı və yaradıcılığı əfsanələrə, dastanlara qarışmış qüdrətli sənətkar Qaracaoğlan türkman-oğuz dilində yaratmış görkəmli söz ustasıdır. Dil baxımından da, dünyagörüşü baxımından da saf olan Qaracaoğlan poeziyasının mayası təbiət və məhəbbət lirikasıdır. Bu poeziyanın qəhrəmanına elat gözəlinin dodağındakı bir təbəssüm, dağların zirvəsinə qonan bir əlçim bulud, sevimli yarın dilindən qopan bir kəlmə söz bəs edir ki, qanad taxıb uçsun. Dədə Qorqud nəfəsli şairin sözləri rənglidir, o sözlərə ağacın yaşıllığı, göyün maviliyi, qızılgülün qırmızılığı, qarın ağlığı, "kömür gözün" qaralığı hopubdur. Qaracaoğlan gerçəkdən də təbiətin gözəlliyi qarşısında "sərxoş"dur