E-KİTABLAR


Vətəndaşın BÜDCƏ BƏLƏDÇİSİ

Müəllif Qubad İbadoğlu,Azər Mehtiyev,Rövşən Ağayev
Nəşr olunduğu il 2008
Elm sahəsi İqtisad elmləri
Nəşriyyat
Nəşr yeri Bakı

Qubad İbadoğlu,Azər Mehtiyev,Rövşən Ağayev. Vətəndaşın BÜDCƏ BƏLƏDÇİSİ. Bakı, , 2008.

Azərbaycan Respublikası Milli Məclisinin təsdiq etdiyi 2008-ci ilin dövlət büdcəsi artıq fəaliyyətdədir. Cəmiyyət, dərc edilən "Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının qanunu, həmçinin kütləvi informasiya vasitələrində cari ilin büdcəsi ilə bağlı aparılan müzakirələr nəticəsində dövlətin baş maliyyə planı barədə qismən də olsa məlumatlıdır. "Vətəndaşın büdcə bələdçisi" kitabının nəşr olunmasında əsas məqsəd ictimaiyyətə dövlət büdcəsinin gəlir və xərc istiqamətləri haqqında daha geniş və izahlı məlumat verməkdir. İqtisadi Tədqiqatlar Mərkəzi artıq 4-cü ildir ki, eyni adlı kitabın nəşrini həyata keçirir. Kitab dövlət büdcəsinə vətəndaş mövqeyini ortaya qoymaqla, dövlət xəzinəsinin insanların həyatında oynadığı rolu anlaşıqlı dildə izah edir. Beləliklə, "Vətəndaşın büdcə bələdçisi" kitabı əhalinin ödəmələri hesabına formalaşan büdcənin üzərində vətəndaş nəzarətinin və büdcə demokratizminin gücləndirilməsinə xidmət edir.