E-KİTABLAR


Müasir musiqili teatrın inkişaf təmayülləri. Dərs vəsaiti

Müəllif Əsəd Rzayev
Nəşr olunduğu il 2021
Elm sahəsi Mədəniyyət
Nəşriyyat Zərdabi Nəşr
Nəşr yeri Bakı

Əsəd Rzayev. Müasir musiqili teatrın inkişaf təmayülləri. Dərs vəsaiti. Bakı, Zərdabi Nəşr, 2021.

Ə.R.Rzayevin "Müasir musiqili teatrın inkişaf təmayülləri" adlı dərs vəsaitində müasir musiqili teatrın tarixi və çağdaş durumu təhlilə çəkilir. Müəllif musiqili teatr anlayışına aydınlıq gətirir və musiqili teatrın müxtəlif janr və formalarını araşdırmaqla onun tarixi inkişaf dinamikasını və müasir mənzərəsini yaratmağa çalışır. Kitabın "Müasir musiqili teatr anlayışı", "Musiqili teatrın janrları və növləri: Kabare və rəqs teatrı", "Pina Bauş və onun rəqs teatrı", "Rəqs və teatr", "Azərbaycanda avropatipli teatrın inkişaf kontekstində rəqsin daşıdığı məna və bədii-estetik qaya", "1960-90-cı illər Azərbaycan teatrının estetikası və rəqs" adlı bölmələ rində dünya və Azərbaycan musiqili teatrının parlaq təzahürləri araşdırılır, müasir teatr sənətinin tanınmış simalarının, rejissor, xoreoqraf və baletmeysterlərin yaradıcılığının timsalında musiqli teatrın inkişaf təmayülləri izlənilir, çağdaş dövrdə musiqili teatrın müxtəlif janr və növləri ilə bağlı müşahidə olunan yaradıcılıq axtarışları, eksperimentlər və tamaşalar barəsində geniş məlumat verilir. Kitabda həm dünyada, həm də Azərbaycanda musiqili teatrın müxtəlif formaları, xüsusən, rəqs teatrı barədə dolğun informasiyalar və təhlillər yer alır