E-KİTABLAR


Molla Cümə. Əsərləri

Müəllif Paşa Əfəndiyev
Nəşr olunduğu il 2006
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Şərq-Qərb
Nəşr yeri Bakı

Paşa Əfəndiyev. Molla Cümə. Əsərləri. Bakı, Şərq-Qərb, 2006.

Azərbaycan aşıq sənətinin inkişafında həm ifaçılıq qabiliyyətinə, həm də yaradıcılıq keyfiyyətinə görə misilsiz rol oynamış bənzərsiz söz ustadı Molla Cümə poetik istedad vergisinə malik sənətkar olmuşdur. Onun irsi zəngin və çoxşaxəlidir. Beş hecalıdan tutınuş onaltı hecalıyadək elə bir aşıq şeri janrı yoxdur ki. Molla Cümə ondan istifadə etməsin. Eyni zamanda o, şifahi xalq şerinin müxtəlif çeşidlərində şeirlər yaratmışdır. Onun gəraylı, qoşma, təcnis, divani, müxəmməs və başqa şeir formaları üzərində apardığı yeniləşmələr klassik Şərq poetikasına məxsus qaydaların aşıq şeri janrlarına tətbiq edilməsi nəticəsində olmuşdur. Molla Cümə Azərbaycan aşıq ədəbiyyatı tarixinə yenilikçi aşıq-şair kimi daxil olmuş və indi də aşıqların söz-havacat repertuarında öz fəallığını qoruyub saxlayır.