E-KİTABLAR


Axundzadə Mirzə Fətəli. Əsərləri. Üç cilddə. II cild

Müəllif Həmid Məmmədzadə
Nəşr olunduğu il 2005
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Şərq-Qərb
Nəşr yeri Bakı

Həmid Məmmədzadə. Axundzadə Mirzə Fətəli. Əsərləri. Üç cilddə. II cild. Bakı, Şərq-Qərb, 2005.

Şərq İslam ölkələrinin bədii fəlsəfi fikri tarixində yeni mərhələni başlayan Mirzə Fətəli Axundzadə 1860-cı illərdən ömrünün sonuna qədər bir mütəfəkkir kimi tənqid, fəlsəfə və sosiologiya sahəsində çalışmışdır. Bəşəriyyətin elm, fəlsəfə və mədəniyyət tarixini bütöv, vəhdət halında nəzərdən keçirən böyük mütəfəkkir qədim Şərq, Yunanıstan və müsəlman Şərqi arasında bağlılıq, varislik əlaqələrini görmüşdür. Əsərlərinin təqdim olunan cildi Mirzə Fətəli Axundzadənin fəlsəfi irsini əhatə edir. Cilddə məşhur "Kəmalüddövlə məktubları" traktatı, "Həkimi-ingilis Yuma cavab", "Molla Ələkbərlə mübahisə", "Con Stüart Mill azadlıq haqqında", "Kritika", "Yek kəlmə" haqqında" və s. fəlsəfi, ədəbi-tənqidi və tarixi məqalələri toplanmışdır.