Axundzadə Mirzə Fətəli. Əsərləri. Üç cilddə. I cild
Müəllif | Nadir Məmmədov |
---|---|
Nəşr olunduğu il | 2005 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Şərq-Qərb |
Nəşr yeri | Bakı |
Nadir Məmmədov. Axundzadə Mirzə Fətəli. Əsərləri. Üç cilddə. I cild. Bakı, Şərq-Qərb, 2005.
Peşəkar milli teatr sənətinin, realist bədii nəsrin, demokratik fəlsəfi və estetik fikrin, ilk əlifba inqilabının, bütövlükdə mənəvi mədəniyyətimizin bütün sahələrində "yeni dövrün banisi olan böyük ədib, alim və filosof Mirzə Fətəli Axundzadənin zəngin və çoxcəhətli yaradıcılığı ümumşərq və ümumbəşəri bir tarixi məna və əhəmiyyət kəsb edir. Milli ədəbiyyatın taleyinə və tarixinə təsir baxımından məhz bir maarifçi olaraq onun gördüyü işin hüdudları XII əsrdə Nizami, XVI əsrdə Füzuli dühasının miqyasları ilə müqayisə oluna bilər. Lakin tarixi inkişafın yeni mərhələsinə uyğun olaraq Axundzadə doğma ədəbiyyatın qarşısında duran vəzifələrə böyük bəşəri vüsətlə yanaşı daha fərdi və milli bir konkretlik də gətiribdir. Əsərlərinin I cildinə mütəfəkkir sənətkarın bədii irsi-1850-1855-ci illər arasında yazdığı altı komediya, həmçinin 1856-cı ildə qələmə aldığı "Aldanmış kəvakib" povesti və eləcə də şeirləri daxil edilmişdir